RU

QHT sədri: “Qanunvericilikdən bixəbər şəxslərə qulaqburması lazım idi”

Bu gün Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi bəzi qeyri-hökumət təşkilatlarının qanunsuz şəkildə saxta orden və medallar təsis etməsi və onları təqdim etməsi ilə bağlı birgə bəyanat yayıb.

QHT.az xəbər verir ki, son illərdə dəfələrlə bəzi QHT-lərin belə fəaliyyətlərə yol verdiyi, saxta orden və medallar paylaması barədə məlumatlar gündəmə gəlib və cəmiyyətdə ciddi narazılıqlar doğurub. Məsələ ilə bağlı “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva bildirib ki, QHT-nin tərifini bilməyən, fəaliyyətini anlamayan, QHT-dən mənfəət üçün istifadə edən şəxslər, özlərindən kimlərisə qəhrəman etmə özəlliyi yaradıblar:

"Hətta bu medal, ordenləri nüfuzlu şəxslərin qəbul etməsi də çox gülünc görünürdü. Qanunvericilikdən bixəbər şəxslərə qulaqburması lazım idi. Vətəndaş cəmiyyəti institutlarının əsas vəzifəsi maarifləndirmə, sosial problemlərin həllinə dəstək və cəmiyyət üçün faydalı təşəbbüslər həyata keçirməkdir. Saxta orden və medal təsis etmək isə həm qanunsuz, həm də ictimai etimada zərbədir".

Избранный
43
qht.az

1Источники