RU

Rubl zəifləyir: Rusiya valyutası görün hansı səviyyəyə düşəcək

Hurriyyet portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rubl ilin sonuna qədər dollar qarşısında 90-95 səviyyəsinə qədər zəifləyə bilər.

Hurriyyet.az xəbər verir ki, bu barədə “VELES Kapital”ın baş investisiya məsləhətçisi Dmitri Sergeyev açıqlama verib.

Onun sözlərinə görə, rublun dəyər itirməsinə əsas səbəblər ixrac gəlirlərinin məcburi satılmasının ləğvi, büdcə kəsirinin artması və enerji resurslarından gəlirlərin azalmasıdır.

Ekspert əlavə edib ki, sanksiyalar, nəqliyyat xərclərinin yüksəlməsi və faiz dərəcələrinin aşağı salınacağına dair gözləntilər də milli valyutaya təzyiq göstərir.

İstiqraz bazarında (OFZ) yüksək gəlirlilik olsa da, büdcə gəlirindəki itkiləri kompensasiya etməyə kifayət etmir. Əsas faiz dərəcəsinin aşağı salınması gözləntiləri isə rubl üzərində əlavə təzyiq yaradır və sabit kurs tərəfdarlarının arqumentlərini zəiflədir.

Rusiya Mərkəzi Bankının 11 sentyabr tarixli rəsmi məzənnəsinə əsasən, 1 dollar 84,92 rubl, 1 avro 99,82 rubl, 1 yuan isə təxminən 11,90 rubldur

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
hurriyyet.az

2Источники