RU

Çarli Kirkə sui-qəsdlə bağlı aylar əvvəl xəbərdarlıq edilibmiş

Amerikalı mühafizəkar fəal Çarli Kirkə altı ay əvvəl mümkün sui-qəsd cəhdi ilə bağlı xəbərdarlıq edilib.

Qaziler.az bildirir ki, bu barədə “Daily Mail” Beverli Hillsdəki “The Bodyguard Group”un sahibi Kris Herzoqa istinadən məlumat verib.

O, əvvəllər Kirkə xəbərdarlıq etdiyini bildirib ki, sərt tədbirlər görməsə, qarşıdan gələn universitet çıxışlarından birində 100 faiz öldürüləcək.

Herzoq bildirib ki, fəal tövsiyələri nəzərə alacağını və məsələ ilə bağlı məlumatlandırıldığını bildirib.

"Təəssüf ki, o, mənə heç vaxt cavab vermədi və hazırda onun öldürülməsi ilə bağlı proqnozum özünü doğrultdu”, - deyə Kriz Herzoq açıqlama verib.

Çarli Kirk sentyabrın 10-da Yuta Universitetində çıxış edərkən boynundan güllə yarası alıb. Mühafizəkar fəal ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

QAZİLER.AZ

Избранный
8
qaziler.az

1Источники