RU

"Qarabağ" sabiq futbolçusunu qaytarır? - KLUBDAN AÇIQLAMA

"Qarabağ" klubu Ramil Şeydayevin transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
 
Moderator.az xəbər verir ki, klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev Offsideplus.az saytına açıqlamasında məsələyə aydınlıq gətirib: “Hazırda bununla bağlı məndə məlumat yoxdur. Əgər komandaya yeni oyunçu cəlb edilsə, rəsmi formada açıqlayacağıq”.
 
Qeyd edək ki, "Neftçi" ötən gün Şeydayevlə qarşılıqlı razılıq əsasında yolları ayırdığını açıqlayıb.
 
Hücumçu 2017/2018 mövsümündə və 2021-2023-cü illər aralığında “Qarabağ”da çıxış edib.
Избранный
23
4
moderator.az

5Источники