RU

“Qarabağ” U-19 komandası üçün 2 legioner gətirdi

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının oyunları üçün heyətinə iki nigeriyalı futbolçu cəlb edib.

Msport.az xəbər verir ki, sözügedən ölkənin “Beyond Limit” akademiyasından iki oyunçunu transfer edib.

Onlar vinger Muyideen Olude və hücumçu Toheeb Abiodundur. Hər iki futbolçu viza məsələsi həll edilmədiyi üçün ilk matçı buraxacaq.

Qeyd edək ki, “Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının I turunda Portuqaliya təmsilçisi “Benfika”nın qonağı olacaq. Qarşılaşma sentyabrın 16-da keçiriləcək.

Избранный
6
20
msport.az

10Источники