RU

İlqar Nadiri: "İstəsəydim, "Kəpəz"də qalardım, lakin ehtiyac görmədim"

"Kəpəz"in əməliyyatlar üzrə sabiq rəhbəri İlqar Nadiri vəzifəsindən öz istəyi ilə ayrılıb.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a klubun sabiq rəsmisi özü məlumat verib.

O, Gəncə təmsilçisindən ayrılması ilə bağlı danışıb: "Kəpəz"dən ayrılmağımın xüsusi səbəbi yox idi. Bu tamamilə öz istəyimlə bağlı olan bir şey idi. Ola bilsin, şəxsi işlərimin çox olması buna təsir etdi. "Kəpəz"ə yeni sədr təyin olunub. İşləri yeni rəhbərliyə həvalə etdik ki, artıq klubun məsələləri ilə onlar məşğul olsunlar. İstəsəydim, qalıb işləyərdim, lakin ehtiyac görmədim".

Nadiri yaxın gələcəkdə futbolla bağlı fəaliyyətini davam etdirmək istədiyini bildirib: "Hələ ki, yeni ayrılmışam. Bir az istirahət etmək istəyirəm. Yəqin ki, yaxın gələcəkdə futbola aid işlər görəcəyəm. İnşallah, bunu zaman göstərəcək".

Qeyd edək ki, İlqar Nadiri 2019-cu ildən "Kəpəz"də çalışırdı. O, ilk olaraq "sarı-göylər"də icraçı-direktor, 2022-ci ildən isə İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib. Son olaraq əməliyyatlar üzrə rəhbər vəzifəsinə təyin olunan Nadiri qısa müddət sonra işindən ayrılıb.

İdman.biz

Избранный
14
1
idman.biz

2Источники