RU

Qərb savaşın uzadılmasında maraqlıdır: Lakin son 4 il Rusiyanın "hazır yem" olmadığını göstərdi

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Ukraynada müharibənin daha bir neçə il uzana biləcəyini istisna etməyib.
Kallas müxtəlif inkişaf ssenarilərindən danışıb.
“Düşünürəm ki, ən real ssenari odur ki, müharibə daha bir neçə il davam edəcək. Təəssüf ki, sülh naminə göstərilən səylər, o cümlədən ABŞ Prezidenti Donald Trampın təşəbbüsləri heç bir nəticə vermədi”, – Kallas bildirib.
Onun sözlərinə görə, ən pessimist variantda Ukrayna müəyyən ərazilərindən imtina etməli ola bilər.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a söyləyib ki, Aİ, bəlkə də elə hər iki tərəf Rusiyanın qalib gəlməsindən çox, ümumiyyətlə müharibənin uzadılmasının tərəfindədir:

"Çünki Rusiya üçün Ukrayna münaqişəsini bataqlıq hesab edən Qərb, xüsusilə ABŞ savaşın uzadılmasında maraqlıdır. Ona görə ki, bu müharibə sayəsində Kreml daha çox ziyana düşür, Çindən asılı qalır və açıq hədəfə çevrilir. Lakin son 4 il Rusiyanın "hazır yem" olmadığını göstərdi. Rəsmi Moskva müharibəni Qərbin təhlükəsizlik sistemini dağıtmaq və Aİ ilə ABŞ arasında ziddiyyətlər yaratmaq kimi də istifadə edir. Hər iki tərəf prosesləri uzatmaqda maraqlı olduğu, yalnız dağıdılan və işğala məruz qalan Ukraynanın fərqli mövqedə yer aldığı üçün münaqişəni həll etmək mümkün deyil".
Избранный
44
1
sherg.az

2Источники