Müğənni Ece Seçkin və həyat yoldaşı Çağrı Terlemezi 4 il ölümlə hədələyən A.U.S. ötən gün təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. “Daim təqib” və “hədə-qorxu”da təqsirləndirilən şübhəlinin barəsində şərti cəza verilib. Bakırköy Respublika Prokurorluğu hakimin şərti azadlıqdan məhrum etmə qərarına etiraz edərək, həbs qətimkan tədbiri tələbini təkrarlayıb.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Ece Seçkin və həyat yoldaşı Çağrı Terlemez bir müddətdir A.U.S. tərəfindən izlənildiklərini və təhdid edildiyini bildirərək polis bölməsinə şikayət ediblər.
Nəzarətə alınan şübhəli A.U.S. polis bölməsində əməliyyat olunduqdan sonra Bakırköy Ədliyyəsinə sövq edilib. Prokurora verdiyi ifadədən sonra o, “davamlı təqib” və “hədə-qorxu” ittihamı ilə həbs olunması tələbi ilə növbətçi cinayət məhkəməsinə göndərilib.
Hakim heyəti şübhəli şəxs barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq edərək, onun evdən çıxmaması və xaricə getməməsi barədə göstəriş verib.
Bakırköy Respublika Prokurorluğu hakimin məhkəmə nəzarəti ilə bağlı qərarına etiraz edərək, həbs qərarı verilməsi tələbini təkrarlayıb.
Hakimlər Baş Prokurorluğun etirazını təmin etməyib və şübhəli şəxs barəsində məhkəmə nəzarəti tədbirlərinin davam etdirilməsinə qərar verib.