RU

Bu bitkini qoparmağın cəriməsi 557 mindir

Antalyanın Manavqat rayonunda sahillərin bənzərsiz gözəlliklərindən biri olan qum zanbaqlarının (Pancratium maritimum) çiçəkləmə dövrünə girdiyini bildirən dosent Dr. İlker Çinbilgel bu nadir bitkinin qorunmasının vacibliyini vurğulayıb.
Sherg.az xəbər verir ki, Çinbilgel, qum zanbaqlarının nərgizkimilər ailəsinə aid soğanaqlı bir bitki olduğunu, nümayişkaranə və ətirli çiçəklərə malik olduğunu deyərək belə danışıb:
“Qum zanbaqları farmakologiyada və tekstildə müxtəlif istifadələri olan, gələcək nəsillərə ötürməli olduğumuz bir bitkidir. Lakin şüursuz şəkildə qoparılması, soğanlarının çıxarılması, şəhərsalma və turizm fəaliyyətlərinin mənfi təsirləri səbəbilə nəsli tükənmə təhlükəsi altındadır.”

Dosent Dr. Çinbilgel, qoruma işlərinin universitetlər, qeyri-hökumət təşkilatları və Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsinin əməkdaşlığı ilə davam etdiyini bildirərək, qarşıdakı dövrdə Aralıq dənizi sahillərində qum zanbaqlarının qorunmasına dair yeni araşdırmalar aparılacağını qeyd edib.
Çinbilgel, Türk qanunvericiliyində açıq şəkildə təsbit edilən sanksiyalara da diqqət çəkərək, “Qum zanbaqlarını qoparmaq və ya ticari məqsədlə istifadə etmək bu ildən etibarən 557 min 212 lirə inzibati cərimə tələb edir. Vətəndaşlarımızı bu mövzuda həssas olmağa çağırıram” deyib.

Turan

Избранный
9
1
sherg.az

2Источники