RU

İrlandiya İsrailə görə "Eurovision"dan imtina edəcək

İrlandiyanın dövlət yayımçısı “Raidió Teilifís Éireann” bildirib ki, İsrail “Eurovision 2026”da iştirak edərsə, ölkə müsabiqədə iştirak etməkdən imtina edəcək.

Qaziler.az xəbər verir ki, bu barədə BBC telekanalı yayımçının bəyanatına istinadən məlumat yayıb.

RTÉ bildirib ki, Qəzza zolağında dinc əhali arasında dəhşətli itkilər davam etdiyi üçün ölkə tədbirdə iştirak etməyi vicdansızlıq hesab edir. Şirkət qeyd edib ki, “Eurovision”un təşkilatçısı olan Avropa Yayım Birliyindən cavab aldıqdan sonra yekun qərarı veriləcək.

Həmçinin, BBC qeyd edir ki, Sloveniya və İspaniya da eyni səbəbdən “Eurovision”da iştirakdan imtina edə bilər.

QAZİLER.AZ

Избранный
7
qaziler.az

1Источники