Türkiyəli futbol mütəxəssisi Naci Şensoy AFFA-ya çağırış edib.
"Turan Tovuz"un sabiq baş məşqçisi öz sosial şəbəkə hesabından federasiya başbilənlərinə səslənərək, Ukrayna ilə görüşdə müvəqqəti olaraq millinin baş məşqçi postunda olan Ayxan Abbasovun birdəfəlik bu vəzifəyə gətirilməli olduğunu bildirib.
Əcnəbi mütəxəssis sabiq yetirməsinin bu işin öhdəsindən layiqincə gələcəyini xüsusi qeyd edib:
"Azərbaycan - Ukrayna (1:1) görüşünə görə
"Turan" komandasında futbolçum olmuş Ayxan Abbasovu təbrik edirəm.
Və AFFA- ya bir çağırışım var - Yeni bir əcnəbi macerasına girməsinlər. Ayxana güvənsinlər, onu sonuna qədər dəstəkləsinlər”.
XANOĞLAN / SPORTİNFO.AZ