RU

Tramp Lukaşenkoya məktub göndərdi

ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Koul Donald Trampın məktubunu Belarus dövlətinin başçısı Aleksandr Lukaşenkoya təqdim edib.

Publika.az xəbər verir ki, təqdimat Minskdə keçirilən görüşdə baş tutub.

“Cənab prezident, məndə sizin üçün nə isə bir şey var. İcazə verin, sizə prezident Trampın məktubunu təqdim edim”, - deyə Koul Lukaşenko ilə görüşün əvvəlində deyib.

Xatırladaq ki, bundan əvvəl Tramp bəyan etmişdi ki, Vaşinqton və Minsk arasında “respublika ərazisində saxlanılan 1400 məhbusdan bəzilərinin” azad edilməsi ilə bağlı məhsuldar danışıqlar aparılır.

Избранный
37
publika.az

1Источники