RU

Cinayətkar və bu qətldə iştirak edənlər tapılmalıdır

ain.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Amerikalı fəal Çarli Kirkin qətli dəhşətli cinayətdir, cinayətkar və bu qətldə iştirak edənlər tapılmalıdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

"Biz cinayətkarın özünü və böyük ehtimalla bu dəhşətli cinayətdə əli olanları tapmalıyıq. Bunu kimin törətdiyini anlamayana qədər, biz sadəcə olaraq vaxtından əvvəl heç bir nəticə çıxara bilmərik", - o qeyd edib.

Qeyd edək ki, Kirk çərşənbə axşamı Yuta ştatının Orem şəhərindəki universitetdə çıxış edərkən güllələnib. O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. ABŞ prezidenti Donald Trampın tərəfdarı olan fəal ABŞ-nin Ukraynaya hərbi yardımına qarşı çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
1
operativmm.az

2Источники