RU

Almaniyada pilotların əksəriyyətinin uçuş vaxtı yatdığı üzə çıxıb

Almaniyada pilotların uçuş vaxtı yuxuya getdiyi üzə çıxıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə “Vereinigung Cockpit” pilotlar ittifaqı məlumat yayıb.

İttifaqın 900-dən çox pilot arasında keçirdiyi sorğu nəticəsində onların 93%-i son aylarda kokpitdə yuxuya getdiyini etiraf edib.

Sorğuda pilotların 12%-i hər uçuşda yuxuya getdiyini, 44%-i davamlı olaraq yatdığını, 33%-i isə isə arabir yuxuya getdiyini bildirib. Respondentlərin 3%-i isə yalnız bir dəfə yatdıqlarını bildirib.

"Alman kokpitlərində yatmaq uzun müddətdir ki, normaya çevrilib. Əvvəlcə qısa müddətli bərpa üsulu kimi görülən bu təcrübə daimi hal alıb”, - deyə birliyin vitse-prezidenti Katarina Dizeldorf deyib. O bildirib ki, pilotların tək başına yatması kritik olmassa da, davamlı yorğunluq yaşayan heyət üzvləri ciddi risk təşkil edir.

Həmkarlar ittifaqı xüsusilə yay aylarında uçuşların artmasının və kadr çatışmazlığının pilotların yorğunluğunu daha da gücləndirdiyini açıqlayıb.

Billurə Yunus
 

Избранный
46
olke.az

1Источники