RU

Salyanda itkin düşən oğlanın meyiti kanalda tapıldı

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Salyanda kanalda kişi meyiti tapılıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, meyit rayonun Yenikənd kəndi ərazisində kanalda aşkar edilib.

Məlum olub ki, meyit kənd sakini 2006-cı il təvəllüdlü Əhməd Ramil oğlu Dadaşzadəyə məxsusdur. Sözügedən şəxs sentyabrın 6-da evdən çıxıb və bir daha geri qayıtmayıb. 

19 yaşlı oğlanın meyiti müayinə olunmaq üçün Salyan Rayon Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Mərkəzinə aparılıb.

Fakt araşdırılır. 

Gülayə Mecid 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
3
unikal.az

10Источники