Azərbaycan Mərkəzi Bankı (AMB) “Avtokapital-Azərbaycan” MMC-yə sığorta agenti fəaliyyəti üçün lisenziya verib.
Banker.az u barədə AMB-yə istinadən xəbər verir.
Hazırda Azərbaycanda 59 hüquqi şəxs, o cümlədən 21 bank sığorta agenti lisenziyasına malikdir.
Xatırladaq ki, “Avtokapital-Azərbaycan” “Mercedes-Benz”in Azərbaycandakı yeganə rəsmi distributorudur. “Avtokapital-Azərbaycan” 2012-ci ildə dövlət qeydiyyatından keçib. Onun nizamnamə kapitalı 2,179 milyon manat təşkil edir.