RU

Xokinq teoremi təsdiqləndi: Alimlər qara dəliklərin xüsusiyyətlərini öyrəndi

Fiziklər GW250114 qara dəliklərini müşahidə edərkən, Stiven Xokinqin qara dəliklərlə bağlı teoremini təsdiqləyiblər.

Publika.az TASS-a istinadən xəbər veir ki, bu barədə Moskva Dövlət Universitetinin mətbuat xidməti məlumat yayıb.

Professor Valeri Mitrofanov deyib ki, 10 il əvvəl ümumi nisbilik nəzəriyyəsinin proqnozlaşdırdığı qravitasiya dalğaları kəşf edilib. İndi qara dəliklərin xassələri ilə bağlı daha bir böyük elmi teorem eksperimental olaraq təsdiqlənib.

Onun sözlərinə görə, LIGO, ViRGO və KAGRA qravitasiya dalğaları detektorlarının elmi qrupları sayəsində qara dəliklərin xassələri haqqında "Xokinqin teoremi" nəhayət təsdiqlənib. Bu, Yerdən 1,3 milyard işıq ili uzaqlıqda yerləşən iki qara dəliyin birləşməsi nəticəsində yaranan GW250114 hadisəsinin müşahidəsi zamanı baş verib.

Mitrofanov qeyd edib ki, fiziklər LIGO avadanlığının təkmilləşdirilməsi sayəsində görünməz obyektlərin birləşməsindən yaranan ən aydın siqnalı əldə ediblər. O, alimlərə dörd il əvvəl GW150914 partlayışının xassələrinin təhlili zamanı aşkar edilən "Xokinq teoremi"nin ən dəqiq sınağını keçirməyə imkan verib.

Избранный
6
publika.az

1Источники