RU

Avropada göbələk xəstiliyi sürətlə yayılır

BAKI, 11 sentyabr. TELEQRAF

"Candida auris" adlı dərmanlara davamlı göbələk Avropa xəstəxanalarında sürətlə yayılır və xəstələr üçün ciddi təhlükə yaradır.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) məlumat yayıb.

Bildirilir ki, göbələk xəstəxanalarda səthlərdə və tibbi avadanlıqlarda uzun müddət qala bilir və xəstələr arasında asanlıqla yayılır. Bu səbəbdən xəstəliyin qarşısını almaq çətindir.

Xatırladaq ki, "Candida auris" yüksək riskli xəstələrdə ciddi infeksiyalar törədir və xəstəxanalar üçün təhlükəli hesab olunur.

Избранный
42
2
teleqraf.com

3Источники