RU

Millimiz Belçikaya qalib gəlib

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı – 2025-in (EBSL) final mərhələsində ilk oyununu keçirib.

Apasport.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz Belçika yığması ilə qarşılaşıb.

İtaliyanın Viareccio şəhərində baş tutan görüş komandamızın 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində Sabir Allahquliyev iki, Elçin Qasımov, Sahib Məmmədov və Ramil Əliyev hərəyə bir qol vurublar.

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu sentyabrın 12-də Litva yığmasına qarşı keçirəcək.

"Turan Tovuz"da yeni müqavilə

"Lill"in futbolçusu "Sabah"da - RƏSMİ

"Qarabağ"da gözlənilməz ayrılıq - EKSKLÜZİV

"Zirə" braziliyalı müdafiəçini heyətinə qatıb

“Qarabağ” dünya reytinqində 38 pillə irəliləyib - “Sevilya” və “Nyukasl”ı qabaqlayıb

Избранный
38
2
apasport.az

10Источники