RU

Polşada vurulan Rusiya dronlarının əsas hədəfi NATO bazası olub – Almaniyadan şok iddia...


Polşanın hava məkanına daxil olan rus dronlarının bir hissəsinin əsas hədəfi NATO bazası olub. Belə bir iddia ilə Almaniya mediası çıxış edib.

Bildirilir ki, sentyabrın 10-da NATO-da təhlükəsizlik məsələlərinə dair daxili brifinq keçirilib, o cümlədən rus dronlarının Polşanın hava məkanına daxil olması məsələsi müzakirə olunub.

Polşada aparılan istintaqa görə, Rusiya dronlarından beşi Ukraynaya hərbi dəstəyin göstərilməsini təmin edən NATO bazasına doğru uçurmuş. NATO-da hesab edirlər ki, Rusiyanın bu hərəkəti Şimali Atlantika Alyansının reaksiya sürətini və NATO-nun pilotsuz uçuş aparatları ilə mübarizədə istifadə edəcəyi resurslarını sınaqdan keçirmək məqsədi daşıyırmış.

Alman mediası yazır ki, bütün bunlara baxmayaraq, NATO rus dronlarının Polşanın hava məkanına daxil olmasını hücum kimi qiymətləndirmir, çünki dronların fraqmentlərində partlayıcı qurğular aşkar edilməyib.

TAHİR

Избранный
41
baki-xeber.com

1Источники