Kubada
ciddi enerji böhranı yaşanır və bu, ölkə daxilində elektrik enerjisinin kəsilməsinə
səbəb olub. Yanacaq qıtlığı, ABŞ-nin sanksiyaları və
çoxunun 30 ildən çox yaşı olan istilik elektrik stansiyaları milyonlarla kubalını
işıqsız
qoyub.
Son məlumata
görə, Kuba
növbəti dəfə bütün adanı
əhatə edən güclü elektrik kəsilməsi ilə üzləşib. Fidel və Raul Kastro qardaşlarının varisi olan Migel
Diaz-Kanel hökuməti köhnə infrastruktur və elektrik stansiyalarında yanacaq
çatışmazlığında günahlandırır.
Bu, keçən ilin sonunda üç dəfə elektrik kəsilməsindən
sonra bu il ikinci geniş yayılmış elektrik enerjisi kəsilməsidir. Sosial şəbəkələrdəki
X saytında Energetika və Mədən Nazirliyi yeni insidenti termoelektrik
stansiyasının nasazlığı ilə əlaqələndirib və onun elektrik enerjisinin bərpası
üçün işləri davam etdirdiyini bildirib.
Kuba
arxipelaqı tez-tez elektrik enerjisinin kəsilməsi ilə üzləşib, lakin onlar
qısamüddətli olub və bütün əraziyə təsir etməyib. Bu həftənin əvvəlində Kubanın
cənub-şərqində daha bir elektrik kəsilməsi baş verib və Las Tunasdan Quantanamo
körfəzinə qədər olan sakinlər saatlarla işıqsız qalıb. Fevral ayında hökumət
elektrik çatışmazlığı səbəbindən dərsləri və iş fəaliyyətini iki gün dayandırıb.
Kuba,
adanı bazar iqtisadiyyatına keçməyə məcbur etməyə çalışan ABŞ sanksiyaları ilə
son illərdə daha da ağırlaşan ciddi iqtisadi və enerji böhranı yaşayır. İqtisadi
təcrid Karib hövzəsi ölkəsinin yanacaq almaq və ya bir çoxu 30 ildən çox
istismarda olan köhnəlmiş istilik elektrik stansiyalarını təmir etmək üçün
kifayət qədər xarici valyutaya malik olmasına mane olur.
Rizvan CƏFƏROV,
“Azərbaycan”