Pik saatlarda metrodan istifadə edənlərin sayının artması sərnişinlərin rahat hərəkətini çətinləşdirib.
Bu barədə görüntülər BAKUWS-in "qaynar xətti"nə daxil olub.
Qeyd edək ki, dərslər hələ başlamayıb. Buna baxmayaraq, stansiyada artıq ciddi sıxlıq yaranması diqqət çəkir.
Bakı metrosundan BAKUWS-ə bildirilib ki, hazırda stansiyalarda hər hansı problem yoxdur. Sərnişin sıxlığı isə iş saatı ilə bağlı ola bilər.
Ziya SƏCCAD