RU

Azərbaycanda 17 yeni məktəb tikiləcək - 2,8 milyonluq LAYİHƏ

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə təhsil infrastrukturunun genişləndirilməsi ilə bağlı açıq müsabiqə elan edib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, müsabiqə çərçivəsində 2 ədəd məktəbəqədər, 17 ədəd tam orta məktəb binasının tikintisi və 2 ədəd modul tipli tam orta məktəb binasının quraşdırılması işlərinin layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.

Layihənin ehtimal olunan dəyəri 2 milyon 815 min manat təşkil edir.

İşlər sırasında topoqrafik planlama və mühəndis-geoloji axtarış işləri, geoloji rəyin alınması, şəhərsalma əsaslandırılması layihəsi, konstruksiya və memarlıq-planlaşdırma bölmələri, həmçinin nasosxana ilə bağlı sənədləşmə yer alır. Bu mərhələdə xüsusi olaraq Sumqayıt şəhərində 1416 şagird yerlik 27 nömrəli tam orta məktəb üçün layihə-smeta sənədlərinin hazırlanması planlaşdırılıb.

Təmir və tikinti istiqamətində həyata keçiriləcək layihələr gələcəkdə daha müasir və rahat təhsil mühitinin formalaşmasına, şagirdlərin keyfiyyətli təhsil almasına və ümumilikdə ölkənin təhsil infrastrukturunun gücləndirilməsinə xidmət edəcək.

Избранный
15
2
far.az

3Источники