RU

Zaxarova: Hiylələrə cavab verməyin başqa forması və yolu var

BAKI, 11 sentyabr. TELEQRAF

Qərb ölkələrinin Rusiyaya qarşı hədə-qorxu və aqressiv ritorikası nəticə vermədi, ölkə bütün sınaqlardan ləyaqətlə çıxdı və dünyaya sübut etdi ki, rus mədəniyyətini ləğv etmək mümkün deyil.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Heç bir ölkə Qərbin bu sonsuz aqressiv hədə-qorxularından, onların ləğv olunacağına, harasa getməsinə icazə verilməyəcəyinə dair aqressiv ritorikadan qorxmamalıdır”, - diplomat vurğulayıb.

O qeyd edib ki, Rusiya dünyaya nümayiş etdirdi ki, “bütün bu hiylələrə cavab vermənin başqa forması və başqa yolu” var.

Избранный
64
teleqraf.com

1Источники