RU

Qanunsuz saxlanılan “Qırmızı Kitab”a düşmüş heyvanlar IDEA-nın təşəbbüsü ilə xilas edildi - FOTO/VİDEO

IDEA İctimai Birliyinə daxil olan vətəndaş müraciəti əsasında sentyabrın 9-da Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə növbəti təcili araşdırma tədbirləri həyata keçirilib.

İctimai Birlikdən Bizim.Media-ya verilən məlumata görə, IDEA-nın təşəbbüsü ilə aparılan araşdırma nəticəsində Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən həyətyanı sahələrdən birində adı Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş 1 qara kərkəs quşunun qanunsuz olaraq qeyri-sərbəst şəkildə saxlanılması müəyyən olunub.
 

Bununla yanaşı, həmin gün keçirilən digər analoji araşdırma zamanı Ağstafa rayonunun Kolxəlfəli kəndi ərazisində yerləşən “Yaşılbağ” Ailəvi İstirahət Mərkəzinin həyətyanı sahəsində makaka cinsindən olan 2 meymunun qanunsuz saxlanıldığı faktı aşkarlanıb.


Xilas edilən fauna növləri baytar mütəxəssislər tərəfindən ərazidən götürülərək müayinə və reabilitasiya üçün Bakı Zooloji Parkına təhvil verilib.

IDEA İctimai Birliyi vətəndaşları bir daha təbiəti qorumağa çağırır və vəhşi heyvanların qanunsuz olaraq saxlanılması hallarına yol verilməməsini, bu kimi hallarla rastlaşdıqda isə IDEA İctimai Birliyinin 1113 “Təbiətə Təcili Yardım” qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat verməyi xahiş edir.










Bizim.Media

Избранный
25
9
bizim.media

10Источники