RU

Gənc qadın və anasının öldürüldüyü hadisədə ürəkağrıdan detal - FOTOlar

Afyonkarahisarın Örnekevler qəsəbəsində 26 yaşlı Kübra Karadeniz və 62 yaşlı anası Elvida Karadeniz, keçmiş həyat yoldaşı Muharrem Türkan tərəfindən odlu silahdan atəş açılaraq qətlə yetirilib.
 
Hadisə, Türkan ilə Kübranın boşanma məhkəməsinin günündə baş verib.
 
Türkanın 22 dəfə atəş etdiyi bildirilib. Qətli törədərkən Kübranı baldızı Ayşegül Çankaya da ağır yaralanıb.
 
Xəstəxanaya aparılan Kübra və Elvida xilas edilə bilməyib, Ayşegül Çankaya isə dərhal əməliyyata götürülüb.
 
Cənazələr bu gün Kocaözdəki qəbiristanlıqda yan-yana dəfn olunub. Türkan isə ifadəsində, Kübranı və ailəsini aldadıldığını düşündüyü üçün qısqanclıq nəticəsində atəş açdığını bildirib.
 
Şübhəli hazırda məhkəmə önünə çıxarılıb.
 
Faktla bağlı araşdırma aparılır. /Milli.az/
Избранный
27
3
moderator.az

4Источники