Bakı. Trend:
"Qarabağ" oyunçusu Aleksey İsayevlə yollarını ayırıb.
Trend xəbərverir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisi yarımmüdafiəçinin transferi məsələsində“Sabah”la razılığa gəlib.
Qeyd edək ki, 2024-cü ilin yanvarından “Qarabağ”da çıxış edənAleksey komanda ilə iki dəfə Azərbaycan çempionu, bir dəfə ölkəkubokunun qalibi olub.