RU

Bu ölkədə fövqəladə vəziyyət elan edildi

İndoneziyanın Bali adasında baş vermiş genişmiqyaslı daşqınlar səbəbindən bölgədə bir həftəlik fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Publika.az xəbər verir ki, ölkə KİV-i məlumat yayıb.

“Milli Təbii Fəlakətlərlə Mübarizə Agentliyi və Bali vilayətinin hökuməti bir həftəlik fövqəladə vəziyyət elan edib,” — deyə rəsmi açıqlamada bildirilir.

Fövqəladə xidmətlərin verdiyi məlumata görə, daşqınlar nəticəsində bir neçə torpaq sürüşməsi baş verib. Nəticədə 15 mağaza və yaşayış evi dağılıb, bir neçə yol və körpü zədələnib. Su səviyyəsinin 2,5 metrə qədər qalxması səbəbindən 800-dən çox insan müvəqqəti sığınacaqlara yerləşdirilib. Xilasetmə işləri hava şəraiti və ərazinin mürəkkəbliyi səbəbindən çətinliklə aparılır.

Избранный
26
2
publika.az

10Источники