RU

2027 ci ildə Çempionlar Liqasının finalı Madriddə oynanılacaq

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün final oyunu İspaniyanın “Atletiko” klubunun stadionu “Metropolitano”da keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Qərar UEFA İcraiyyə Komitəsinin Tiranada keçirilən iclasında qəbul edilib. İclasda həmçinin 2026-cı ildə UEFA Superkubokunun Zalsburqda keçirilməsinə qərar verilib.

Qadınlar arasında Çempionlar Liqasının 2027-ci il finalı Varşavadakı Milli Stadionunda keçiriləcək.

2027-ci ildə 19 yaşadək futbolçular arasında futzal üzrə Avropa çempionatı Astanada baş tutacaq.

Qeyd edək ki, “Metropolitano” stadionu ikinci dəfə Çempionlar Liqasının finalına ev sahibliyi edəcək.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
5
icma.az

7Источники