Almaniya Polşadakı PUA hadisəsindən sonra NATO-nun şərq sərhədlərində hərbi varlığını artıracaq.
APA xəbər verir ki, bu haqda hökumət sözçüsü Stefan Konelius məlumat verib.
“Almaniya hökuməti Rusiyanın Polşanın hava məkanını bu yaxınlarda pozmasına cavab olaraq NATO-nun şərq sərhədində iştirakını artıracaq”, - o deyib.