RU

“Üç şir”in tarixinə düşdü

DÇ-2026-nın seçmə mərhələsində İngiltərə yığmasının Serbiyanı məğlub etməsi (5:0) komandanın baş məşqçisi Tomas Tuxel üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, almaniyalı mütəxəssis komanda ilə tarixi göstəriciyə imza atıb. İngiltərə millisi onun rəhbərliyi altında ardıcıl 5 oyunda qol buraxmayıb.

52 yaşlı Tuxel “üç şir” ləqəbli komandanı 2025-ci ilin yanvarından çalışdırır. İngiltərə onun rəhbərliyi altında DÇ-2026-nın seçmə mərhələsində Albaniya, Latviya, Serbiya, iki dəfə isə Andorra ilə oynayıb və 5 matçda ümumilikdə 13 qol vurub.

Избранный
2
1
football-plus.az

4Источники