RU

Kristian Eriksen “Mançester Yunayted”i “Volfsburq”a dəyişdi

Futbol üzrə Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen İngiltərənin “Mançester Yunayted”dən ayrılaraq “Volfsburq”a keçib.

Arena.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

33 yaşlı mərkəz yarımmüdafiəçisi Bundesliqa təmsilçisi ilə 2 illik (2027-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.

Xatırladaq ki, Kristian Eriksen “Mançester Yunayted”ə 2022-ci ilin iyulunda “Brentford”dan azad agent qismində keçmişdib. Danimarkalı yarımmüdafiəçinin “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonunda başa çatmışdı.

Ötən mövsüm Eriksen “qırmızı şeytanlar”ın heyətində 35 oyuna 5 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib. Eriksenin “Mançester Yunayted”də ümumi statistikası isə belədir: 107 oyun, 8 qol, 19 məhsuldar ötürmə. Yarımmüdafiəçi mankunianlılarla İngiltərə Liqa Kubokunu qazanıb.

Danimarkalı futbolçu karyerası ərzində “Tottenhem”, “Ayaks”, “İnter”, “Brentford” kimi klubların da formasını geyinib.

Eriksen 2010-cu ilin martında debüt etdiyi Danimarka yığmasının heyətində 144 oyuna 46 qol vurub, 34 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı Kristian Erikseni 4 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Eriksen 3 dəfə (2013, 2014, 2015) Danimarkada ilin futbolçusu seçilib.

error: Məzmun qorunur!
Избранный
4
5
arena.az

10Источники