RU

​Polşa Rusiyaya cavab olaraq sərhədə 40 min hərbçi yerləşdirir

Polşa Rusiya və Belarusun keçirəcəyi birgə “Zapad-2025” hərbi təlimləri ilə bağlı ölkənin şərq sərhədinə 40 min hərbçi yerləşdirəcək. Metbuat.az xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik belə açıqlama verib. O bəyan edib ki, "Zapad-2025"ə lazımi cavab vermək üçün Polşa və NATO əsgərlərinə ehtiyac var. Tomçik vurğulayıb ki, Rusiya pilotsuz təyyarələrinin Polşa hava məkanını pozması “Zapad-2025” təlimi ilə bağlıdır.

Polşa, Rusiya-Belarus birgə keçirəcəyi “Zapad-2025” hərbi təlimi ilə əlaqədar olaraq Belarusla sərhədini, o cümlədən dəmiryol keçidlərini bağlayacağını açıqlayıb.

Избранный
13
16
metbuat.az

10Источники