
Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, ABŞ, Ukrayna və Rusiya liderlərinin iştirak etdiyi üçtərəfli format müharibəni mümkün qədər tez bitirmək üçün ən effektiv həll yoludur.
Reyting.az-ın məlumatına görə, Zelenski “Telegram” hesabında yazıb ki, Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüşdə Rusiya-Ukrayna müharibəsinə son qoyulması, ölkəsinə təhlükəsizlik zəmanətlərinin verilməsi, Ukrayna ilə ABŞ arasında birgə silah istehsalı kimi məsələlər müzakirə olunub.
“ABŞ-dan müsbət cavab gözləyirik”,- Zelenski əlavə edib.
Zelenski həmçinin bildirib ki, görüşdə müharibəyə son qoymaq üçün rəhbərlik səviyyəsində sürətli görüşlə bağlı məsələlər də müzakirə olunub.
E. KAMAL