RU

Respublikaçı senatorlar Trampa Rusiyaya qarşı sanksiyaları artırmaq üçün təzyiq edirlər

Senator Tom Tillis: Rusiya bizimlə bir musiqiçinin fortepiano çalfığı kimi oynayır…

Amerika Birləşmiş Ştatlarının respublikaçı senatorları prezident Donald Trampa Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi üçün təzyiqləri artırırlar.

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı amerikalı qanunvericilərlə apardığı müsahibələrə istinadən məlumat yayıb.

Şimali Karolina ştatından olan senator, NATO-nun Senatdakı müşahidəçi qrupunun həmsədri Tom Tillis telekanala verdiyi açıqlamada Moskvanın faktiki olaraq Vaşinqtonu manipulyasiya etdiyini bildirib.

"Rusiya bizimlə bir musiqiçinin fortepiano çalfığı kimi oynayır. Putin istədiyi hər şeyi əldə etdi. Prezident Trampla görüşdü və qırmızı xalıda qarşılandı, daha sonra Si Tsinpinlə və Kim Çen Inla təntənəli görüşlər keçirdi", deyə Tillis bilfirib.

Senator əlavə edib ki, Putinin strategiyası Amerikanı öz arxasınca sürüməkdir.

CNN qeyd edir ki, senator Lindsi Qreymin sanksiyaları irəli sürmək cəhdləri daha əvvəl Ağ Evin maraq göstərməməsi səbəbindən uğursuzluqla nəticələnirdi, lakin indi prezidentdən daha sərt mövqe tələb edən respublikaçıların sayı nəzərəçarpacaq dərəcədə artır. Bu təzyiqlər NATO qırıcılarının Ukrayna ərazisindəki obyektlərə hücum zamanı Polşanın hava məkanını pozan bir neçə Rusiya pilotsuz təyyarəsini vurduqdan sonra daha da güclənib.

Ekspertlər qeyd edirlər ki, bu çağırışlar ABŞ-nin Rusiya siyasətində gərginliyin artdığını və Trampın xarici siyasət qərarlarının öz partiyası daxilində də ciddi müzakirələrə səbəb olduğunu göstərir. Respublikaçıların bu təzyiqi Ağ Evin Rusiyaya qarşı mövqeyini dəyişdirməsinə səbəb ola bilər.

Poliqon.info

Избранный
25
poliqon.info

1Источники