Məişət zorakılığına qarşı ilkin tədbir kimi qısamüddətli mühafizə orderi tətbiq olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda əksini tapıb.
Orderin verilməsi ilə zorakılıq törətmiş şəxs zərərçəkənə yaxınlaşmaqdan məhrum edilir. Həmçinin, həmin şəxsə təzyiq və ya təhdid göstərmək qadağan olunur. Bu mexanizm zərərçəkənin təhlükəsizliyini təmin etməyə xidmət edir.