RU

Xaçatryan Vaşinqton görüşünün əsas nailiyyətlərini açıqladı

BAKI, 11 sentyabr. TELEQRAF

Vaşinqtonda əldə etdiyimiz ən əsas nailiyyət Azərbaycan və Ermənistanın sülh şəraitində yaşamağa razılaşmasıdır. İki lider söylədi ki, biz sülh içində yaşamağa başlamaq üçün hər şeyi etməyə hazırıq.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan RTVI-yə müsahibəsində bildirib.

Ermənistan prezidenti Vaşinqton bəyannaməsinə ərazi bütövlüyünə hörmətlə bağlı bəndin daxil edildiyini diqqətə çatdırıb.

“Bəyannamədə TRIPP-in (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”) işləməsi üçün tələb olunan əsas prinsiplər əks olunub. Bura ərazi bütövlüyü, müstəqillik, yurisdiksiya, qarşılıqlılıq və suverenlik prinsipləri daxildir. Vəssalam. Biz bu prinsiplər əsasında işləyəcəyik”, - Xaçaturyan söyləyib.

Избранный
12
teleqraf.com

1Источники