Moskvaya yaxınlaşan hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan Ukrayna pilotsuz təyyarələrinin sayı 7-yə yüksəlib...
Poliqon xəbər verir ki, bu barədə paytaxtın meri Sergey Sobyanin özünün MAX kanalında məlumat verib.
“Moskvaya uçan düşmənin daha üç PUA-sı vurulub”, o yazıb.
Paytaxt meri əlavə edib ki, fövqəladə hallar xidmətinin mütəxəssisləri dronların dağıldığı yerdə işləyirlər.
Bundan əvvəl Sobyanin dörd PUA-nın vurulduğunu bildirmişdi.
Hücum nəticəsində tələfat və dağıntılar barədə məlumat yoxdur. Rusiya Müdafiə Nazirliyi hələlik vəziyyəti şərh etməyib.
Poliqon.info