ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Modelyer Corcio Armani özündən sonra iki vəsiyyətnamə qoyub.
Oxu.Az-ın ANSA agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Milan Notariat Arxivi məlumat yayıb.
Bildirilir ki, modelyer bu il tərtib etdiyi vəsiyyətnamələri gizli şəkildə saxlayıb. Onlar sentyabrın 9-da notarius tərəfindən açılıb, lakin məzmunu açıqlanmayıb. Armani vəsiyyətnamələri şəxsən yazaraq möhürləyib.
Xatırladaq ki, məşhur modelyer sentyabrın 4-də 91 yaşında dünyasını dəyişib. Onun birbaşa varisi yoxdur. Armaninin sərvətinin 11-13 milyard avro arasında olduğu bildirilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.