RU

Kobaxidze: Tbilisi etirazçılarını xarici kəşfiyyat xidmətləri maliyyələşdirir

Tbilisidə paytaxt meri Kaxa Kaladzenin seçki qərargahı qarşısında keçirilən etiraz aksiyaları xarici kəşfiyyat xidmətləri tərəfindən maliyyələşdirilir.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalının efirində deyib.

“Qərargaha gedən bu adamlar, bəziləri birbaşa, bəziləri yox, bəzilərinin bundan xəbəri belə yoxdur, xüsusi xidmət orqanları tərəfindən idarə olunur. Bütün bunlar birbaşa xarici kəşfiyyat xidmətləri tərəfindən maliyyələşdirilir”, – Kobaxidze bildirib.

Onun sözlərinə görə, bu faciəvi hadisədir, etirazçılar “bütün şəxsiyyətlərini itiriblər” və onlar, son nəticədə, xilas olmaq lazımdır – bəzilərinin müalicəyə, bəzilərinin isə psixoterapiyaya ehtiyacı var.

Baş nazir vurğulayıb ki, Gürcüstan parlamenti yaxınlığında altı aydan artıqdır ki, az sayda insanın Rustaveli prospektini bağladığı gündəlik etiraz aksiyaları bir daha təkrarlanmaması üçün gec-tez başa çatdırılmalı olacaq.

//Report

Избранный
13
editor.az

1Источники