RU

Menendesin erməni xanımı azadlıqdan məhrum edildi

ABŞ-nin ermənipərəst senator Bob Menendesin həyat yoldaşı Nadin Menendes (Arslanyan) Nyu-York dairəsinin hakimi tərəfindən 4,5 il həbs cəzasına məhkum edilib.

Publika.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, 58 yaşlı Nadin Menendes aprel ayında (Arslanyan) biznes fəaliyyəti ilə əlaqədar və ya ərindən hüquqi yardım istəmək üçün Nyu-Cersi ştatından üç kişidən nağd pul, qızıl külçə və lüks avtomobil şəklində rüşvət almaqda təqsirli bilinir. Ona qarşı ümumilikdə 15 maddə üzrə ittiham irəli sürülüb.

Prokurorlar xanım Menendesin ərinə mesajlar və rüşvət ötürməsində, həmçinin Misir rəsmiləri ilə görüşlərin təşkilində roluna görə azı 7 il həbs cəzasına məhkum edilməsini tövsiyə edib. Müstəntiqlər onun rüşvət cinayətində aparıcı fiqur olduğunu deyirlər.

Избранный
33
32
publika.az

10Источники