Bakı. Trend:
İsrailin Yəmənin paytaxtı Səna və "Ənsar Allah" üsyançıhərəkatının (husilər) nəzarətində olan Əl-Cəvf vilayətinə endirdiyizərbələr nəticəsində 46 nəfər həlak olub.
Trend-inməlumatına görə, bu barədə Yəmən üsyançılarının yaratdığı hökumətinsəhiyyə nazirliyi bildirib.
"Səna və Əl-Cəvf şəhərlərinə hücum nəticəsində ölənlərin sayı46-ya çatıb, daha 165 nəfər yaralanıb. Onların arasında çoxlu qadınvə uşaqlar da var. Ölənlərin sayı yekun deyil", - deyə qeydolunub.
Nazirlik bildirib ki, ölənlər arasında 5 uşaq və 11 qadınvar.
Qeyd edək ki, sentyabrın 10-da İsrail aviasiyası Səna vəƏl-Cəvfdəki hədəflərə bir sıra zərbələr endirib. İsrail ordusundanverilən açıqlamaya görə, hədəflər üsyançıların hərbi bazaları,hərəkatın mətbuat xidməti ofisi və yanacaq anbarı olub.