RU

Misli Premyer Liqasında 4 cü tur start götürür

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

Bu gün Misli Premyer Liqasında 4-cü tura start veriləcək. 

QOL.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək

Turun açılış matçı Qəbələdə baş tutacaq. “Kəpəz” “Araz-Naxçıvan”ı sınağa çəkəcək. 3 turdan sonra çempionatın xal qazanmayan yeganə komandası olan Gəncə təmsilçisi 12 kollektiv arasında sonuncudur. 3 oyundan 7 xal toplayan Naxçıvan klubu isə üçüncü pillədə qərarlaşıb. 

Günün ikinci oyununda son çempion “Qarabağ” gümüş medalçı “Zirə”ni sınağa çəkəcək. 2 oyundan sonra 3 xalı olan Ağdam klubu hazırda 7-ci pillədə qərarlaşıb. “Zirə” isə 7 xalla liderdir.

12 sentyabr (cümə)

17:45. "Kəpəz” - “Araz-Naxçıvan”

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Qəbələ şəhər stadionu

20:00. “Qarabağ” - “Zirə”

Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov

VAR: Nicat İsmayıllı

AVAR: Əli Əliyev

“Azersun Arena”

13 sentyabr (şənbə)

16:30. “İmişli” - “Sumqayıt” 

19:00. “Turan Tovuz” - “Qəbələ” 

14 sentyabr (bazar)

16:30. “Şamaxı” - “Karvan-Yevlax”

19:00. “Neftçi” - “Sabah”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
3
qol.az

4Источники