RU

Quancou–İstanbul qatar marşrutu Azərbaycanın tranzit imkanlarını genişləndirir - AÇIQLAMA

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli yeni açılan Quancou–İstanbul yük qatarı marşrutunun həm Çin, həm də region ölkələri üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, Quandon və Quancou şəhərləri Çinin ixracat potensialının ən güclü mərkəzlərindən hesab olunur və Türkiyəyə birbaşa dəhlizin açılması Pekinin Avropa bazarlarına çıxış imkanlarını şaxələndirir:

"Yeni Quancou–İstanbul yük qatarı Çinin Avropa bazarına çıxışını şaxələndirməklə yanaşı, Orta Dəhlizin əhəmiyyətini artırır. Marşrut Azərbaycanın tranzit gəlirlərini yüksəldəcək, Ələt limanını regionun əsas logistika qovşaqlarından birinə çevirəcək və ölkəyə uzunmüddətli iqtisadi üstünlüklər qazandıracaq."

 

Pərvanə Fərhadqızı

Избранный
36
qht.az

1Источники