RU

Daha iki ölkə Rusiya neftinin qiymət tavanını endirdi, sanksiyaları genişləndirdi

Yeni Zelandiya Rusiya neftinin qiymət həddini bir barel üçün 47,60 dollara endirib, 19 fiziki və hüquqi şəxsə, həmçinin Rusiyaya məxsus 19 gəmiyə qarşı sanksiyalar tətbiq edib.

Musavat.com xəbər verir ki, məlumatı ölkənin xarici işlər naziri Uinston Peters açıqlayıb.

Onun Yeni Zelandiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatında deyilir: "Qiymət həddinin bir barel üçün 60 dollardan 47,60 dollara endirilməsi Rusiyanın neft satışlarından əldə etdiyi ən mühüm gəliri azaltmağa addımdır. Bu, Yeni Zelandiya tərəfindən tətbiq edilən sanksiyaların 32-ci raundudur. O, 19 fiziki və hüquqi şəxs, həmçinin 19 gəmini hədəf alır".

Yaponiya da eyni addımı ataraq “Saxalin-2” layihəsindən hasil olunan maye qaz istisna olmaqla, Rusiya neftinin qiymətm tavanını endirib. Eyni zamanda Tokio Rusiyadan 14 nəfər və 50 təşkilata qarşı sanksiya tətbiq edir.

Məhdudiyyətlərə məruz qalanlar arasında “Artek” uşaq düşərgəsi, Axmat-Xaji Kadırov Fondu, Ural avtomobil zavodu, Tula silah zavodu, “Bazalt” və “İskra” elmi-istehsalat birlikləri və digər şirkətlər var.

Musavat.com

Избранный
53
3
musavat.com

4Источники