UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün final oyununun keçiriləcəyi məkan bəlli olub.
QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüş İspaniyanın "Atletiko" klubunun stadionu " Riyadh Air Metropolitano"da keçiriləcək.
Qərar UEFA İcraiyyə Komitəsinin Tiranada keçirilən iclasında qəbul edilib. 2026-cı ildə UEFA Superkubokunun Zalsburqda, qadınlar arasında Çempionlar Liqasının 2027-ci il finalının isə Varşavadakı Milli Stadionunda keçiriləcəyi açıqlanıb.
Xatırladaq ki, bu mötəbər yarışı qəbul etməyə 68 min 700 tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionu da namizəd idi.