RU

İsrailin müdafiə nazirinin nömrəsi yayıldı Təhdid və nifrət dolu mesajlar göndərilir FOTO

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

İsrailin müdafiə naziri İsrael Katzın şəxsi telefon nömrəsi sosial mediada yayılıb.

Milli.Az xəbər verir ki, nömrənin açıqlanmasının ardından Katz çoxsaylı təhdid və nifrət dolu mesajlar aldığını bildirib.

Nazir qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən təşkilatlanmış qruplar ona zəng edərək həm yazılı, həm də səsli şəkildə təhdidlər ünvanlayırlar:

"Telefonuma saysız-hesabsız nifrət dolu mesajlar və təhdidlər göndərilir", - deyə o, açıqlamasında vurğulayıb.

Yayılan şəkillərdə isə bir türk sosial media istifadəçisinin Katza videozəng etməsi və nazirin zəngi cavabladığı görünür.

Hadisə İsrail mediasında da geniş işıqlandırılıb. Xüsusilə türk sosial media istifadəçilərinin Katza videozənglər etməsi fonunda, məsələ ilə bağlı "türk hakerlərinin iştirakı" versiyası önə çəkilib.

Kənan

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
1
news.milli.az

2Источники