RU

Sərhəddə zəlzələ

Hurriyyet.az xəbər verir ki, Gürcüstanın Azərbaycanla sərhədində 3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Məlumatda bildirilir ki, yeraltı təkanlar Bakı vaxtı ilə 08.18-də, Gəncədən 61 km şimalda, Gürcüstan ərazisində qeydə alınıb.

Zəlzələnin ocağı yerin 10 km dərinliyində olub.

Dağıntı və ya tələfat barəsində məlumat yoxdur.

Hürr Tərcüman

 

Избранный
18
hurriyyet.az

1Источники