RU

Əkrəm Bəydəmirli: "Qayıdış prosesində Vətəndaş Cəmiyyətinin potensialından istifadə olunmalıdır"

Bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş əraziləri yenidən inşa edir. Həmin məkanlar inşaat meydançasını xatırladır.

Məcburi köçkünlərin ardıcılıqla qayıdışı davam edir. Məhz belə məqamda Azərbaycanda Vətəndaş Cəmiyyəti İnstitutlarının zəngin potensialından istifadə etmək zəruridir.

Qayıdış prosesində bir çox işləri ixtisaslaşmış QHT-lər görə bilər. Yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluq məsələləri bu gün çox aktualdır. Belə məqamda QHT-lər nə edə bilər? Əvvəlcə regionu düzgün tədqiq edib, potensialını müəyyənləşdirmək lazımdır. Həmin bölgələrdə çalışmaq istəyən sahibkarlıq subyektlərini təlimlərə çəlb etmək olar. Digər tərəfdən yerli əhalini çoğrafi şəraitə və onların potensialına uyğun olaraq sahibkarlıq fəaliyyətinə təşviq etmək effekt verər. Kənd turizminin inkişafı və bunun əhali üçün səmərəliliyi ilə bağlı xeyli işlər görmək mümkündür. Ümumiyyətlə, Azərbaycanda QHT sektorunun potensialını düzgün dəyərləndirib, bu resursları səmərəli şəkildə bir çox sahələrin inkişafına yönəltmək olar. Zəngin təcrübəsi, intellektual potensialı olan QHT sektorunun kadr potensialından yararlanmaq effektli olar.

 

Əkrəm Bəydəmirli

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri

Избранный
21
1
qht.az

2Источники