RU

"Əhmədovun yaxtasını həbsdən azad etmək üçün..." - Bakıda sensasiyalı məhkəmə işi

Fransanın milyardlarla dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb.

"Müqavilə əsasında Fərhad Əhmədova işləri ilə bağlı məsləhətlər vermişəm. Əhmədovun yaxtasını həbsdən azad etmək üçün hüquqşünaslar və bəzi adamlarla görüşlər keçirmişəm. Mən ixtisasca mühəndis olsam da, insanlara hüquqi yardım, texniki yardım kimi məsələlərlə yardım eləmişəm. Fərhad Əhmədovun oğluyla yaxtanın həbsdən azad edilməsi ilə bağlı görüşlərim olub. Mənim missiyam yaxtanın həbsdən azad edilməsi ilə bağlı aparılan işlərdə koordinasiyanı qurmaq və bu işlərin həllini təmin etmək idi. Mən onların mandatlı nümayəndəsi idim. Həmin mandatı istintaqa da, məhkəməyə də təqdim etmişəm".

Избранный
7
mia.az

1Источники